Masallıda qətl törədilib

8 Aprel 2018 21:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Hazırda hadisənin təfərrüatları və ölən şəxsin kimliyi araşdırılır.