ABŞ nüvə razılaşmasını pozarsa, peşman olacaq - Həsən Ruhani

9 Aprel 2018 12:37 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Biz razılaşmanı pozmayacağıq, amma ABŞ bilsin ki, onlar verilmiş qərardan geri çəkilsələr, təəssüflənəcəklər. Bizim cavabımız çox sərt olacaq və onlar da bunu bir həftə ərzində görəcəklər", deyə Ruhani açıqlayıb.

İran prezidentinin sözlərinə görə, İran artıq Amerika tərəfinin iştirakı olmadan müqavilənin seçimini nəzərdən keçirir.