ABŞ şirkəti Azərbaycanda exit-poll keçirir

11 Aprel 2018 14:05 (UTC+04:00)

APA-nın məlumatına görə, təşkilatının rəhbəri Corc Birnbaum bildirib ki, səhər saat 08.00-dan etibarən Bakıda AJF-in informasiya mərkəzi işə başlayıb. O deyib ki, ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq: “Beşinci dəfədir Azərbaycanda seçkiləri izləyirik. Ümumilikdə 40 seçki dairəsinin 200 seçki məntəqəsində “exit-poll” həyata keçiririk. Məlumatlar gün ərzində üç dəfə informasiya mərkəzinə daxil olacaq. 20 supervayzer məlumatları məntəqələrdən toplayaraq informasiya mərkəzinə ötürəcək”.

“Exit-poll”un ilkin nəticələrinin saat 20:00 radələrində açıqlanması planlaşdırılır.

AzNews.az