Yerevanda Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirilir - Foto

11 Aprel 2018 21:47 (UTC+04:00)

Qeyd olunur ki, aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının (ERP) yerləşdiyi ərazidə Tiqran Mets küçəsini bağlayıblar, küçədə sıxlıq yaranıb.

Məlumata əsasən, etirazçılar Serj Sarkisyana qarşı şüarlar səsləndirir. Onlar Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi müzakirə olunacaq ERP-ın İcra orqanının iclasının keçirilməsinə mane olmağa çalışırlar.