“Dostumu təbrik edirəm” - Giorgi Marqvelaşvili

12 Aprel 2018 13:50 (UTC+04:00)

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili “Facebook” səhifəsində yazıb.

“Mən əminəm ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu yaranan dostluq münasibətləri xalqlarımızın rifahı naminə əvvəlki kimi inkişaf edəcək.

Cənab Prezidentə dövlət fəaliyyətində uğurlar və Azərbaycan xalqına əmin-amanlıq arzulayıram”, - Gürcüstan Prezidenti yazıb.

AzNews.az