Binəli Yıldırım Azərbaycan prezidentinə zəng edib

12 Aprel 2018 19:23 (UTC+04:00)

AzNews.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, B. Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.

Dövlət başçısı İlham Əliyev və baş nazir Binəli Yıldırım dostluq və qardaşlıq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.