Türkiyədə 4.8 bal gücündə zəlzələ

13 Aprel 2018 22:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, zəlzələnin episentri Türkiyənin qərbində yerləşən Konya şəhərindən 98 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Zəlzələnin hiposentri 37 kilometrə qədər çatıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Karadağ vulkanı zəlzələnin episentrinin yaxınlığında yerləşir.