“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

17 Aprel 2018 11:43 (UTC+04:00)

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, loqotip Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanıb.

Loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunamq üçün nəzərdə tutulub.

Sosial səhifələrdə paylaş