Sərnişinlərin nəzərinə - Bu avtobus dayanacağı ləğv olunur

18 Aprel 2018 09:51 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb.

Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMN) ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş edilir.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləvğ ediləcək.