Azərbaycanda bruselyoz xəstəliyinin qarşısı alınacaq

18 Aprel 2018 13:36 (UTC+04:00)

DBNX-dan AzNews.az-a verilən məlumata görə, tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutacaq.

Seminarda Tvinninq layihəsini həyata keçirən Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirliklərinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Dünya Bankının, ACİP layihəsinin, Səhiyyə Nazirliyinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.

Seminarda Fransanın ANSES laboratoriyasının şöbə müdiri Kler Ponsarinin “Heyvanlarda bruselyoz xəstəliyinin kökünün kəsilməsi: Fransa – 40 illik təcrübə” və “Azərbaycanda bruselyoz xəstəliyinə qarşı mübarizə: tövsiyələr, perspektivlər” mövzularında təqdimatları olacaq.

Bruselyoz xəstəliyinə qarşı həyata keçirilən mübarizə strategiyası, gözlənilən nəticələr və tövsiyələr ətrafında da aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə müzakirələr aparılacaq.