Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın - Təklif

19 Aprel 2018 16:32 (UTC+04:00)

Oxu.Az-ın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklilinin (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

İllik məruzədə o da deyilir ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi – texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.

AzNews.az