"Yaxşı olar ki, AŞ PA öz işləriylə məşğul olsun" - Binəli Yıldırım

24 Aprel 2018 20:27 (UTC+04:00)

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım AŞPA-ya öz işləri ilə məşğul olmağı məsləhət görüb.

“Yaxşı olar ki, Avropa Şurasının Parlament Assambleyası öz işləriylə məşğul olsun. Seçkini o deyil, Türkiyə keçirir”, - baş nazir İspaniyaya səfərinin gedişatında jurnalistlərə deyib.

Qeyd edək ki, qurumun bu gün qəbul edilən qərarında səbəb olaraq bu seçkilərin Avropa kriteriyalarına uyğun olmayacağı göstərilib.

Qeyd olunub ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb.