Kəmalə Ağazadənin məhkəməsi başladı

30 Aprel 2018 17:59 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmaq istədiyini bildirib və məhkəmədən vaxt istəyib.

Məhkəmə mayın 7-dək təxirə salınıb.

K. Ağazadə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyətlərindən sui-istifadə) və 178.3.2 - ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.