Daşkəsəndə avtobus minik avtomobili ilə toqquşdu - 6 yaralı var (Yenilənib)

30 Aprel 2018 23:19 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.

Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.

***

21:22

Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.