AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu məlumat “Gallup Korea” kompaniyasının keçirdiyi sorğuda yer alıb. Sorğunun nəticələrinə görə, Şimali Koreya liderinə rəğbət bəsləyənlər arasında Koreya Respublikasının 40-60 yaş arasında vətəndaşları çoxluq təşkil edir. Bu yaş qrupunun təxminən 40 faizi Kim Çen Ina müsbət yanaşır. Gənc nəslin (20-30 yaş arası) nümayəndələri arasında isə bu göstərici cəmi 16 faiz təşkil edir.
Cənubi Koreyada müvafiq dövr ərzində ABŞ prezidenti Donald Trampın populyarlığı da artaraq 24 faizdən 32 faizə yüksəlib. Amerika liderinə ən çox yaşı 60-ı ötən cənublular dəstək verir – 41 faiz. Yaşı 20-30 yaş arasında olan gənclərin isə cəmi 25 faizi Trampa rəğbət bəsləyir.
Sorğu mayın 29-dan 31-dək mindən çox respondent arasında keçirilib.
AzNews.az