“Rusiya və rəsmi Tehran bu məsələ ilə bağlı daha ciddi dialoq qurmalıdır” - Ruhani

9 İyun 2018 14:43 (UTC+04:00)

APA "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı deyib.

"ABŞ-ın qanunsuz olaraq bu razılaşmadan çıxmasına gəlincə, bununla bağlı ölkələrimiz arasında daha ciddi və daha mühüm dialoq tələb olunur", - deyə H.Ruhani vurğulayıb.

H.Ruhani qeyd edib ki, Rusiya Federasiyası nüvə razılaşmasının icra olunmasında çox mühüm və konstruktiv rol oynayıb.

AzNews.az