AzNews.az xəbər verir ki, bu, ABŞ-ın Rusiyaya qarşı faktiki olaraq yeni sanksiyadır. Sanksiya nəticəsində iki Rusiya vətəndaşına, üç Rusiya şirkətinə, Rusiya bayrağı ilə hərəkət edən 6 gəmiyə embarqo qoyuldu.
Slovakiyadan bir bir firmanın da daxil olduğu embarqo siyahısının təsdiqlənməsinə səbəb kimi isə Rusiyanın ABŞ da neqativ kiber fəaliiyətlə məşğul olması göstərilir.
Verilən açıqlamalara görə, Dive Techno Services şirkəti ilə əlaqəsi olan rus iş adamları Anton Naqibin və Mariya Çarevadır. Gəmilərin isə Gudzon və Primorye dənizçilik şirkətinə aid olduğu bildirilir. ABŞ Xəzinə nazirliyi bu adamları və gəmiləri həmçinin Şimali Koreyaya qanunsuz neft satmaqda ittiham edib. Embarqoya məruz qalmış gəmilərin adı isə Neptun, Bella, Boqatr, Partizan, Patriot və Sevestapoldur.
Çormağan,
AzNews.az