"Düşmənin ordusunda ciddi problem var" - Hikmət Hacıyev

1 Sentyabr 2018 10:34 (UTC+04:00)

AzNews.az Sherg.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstərir”, - H.Hacıyev qeyd edib.

XİN rəsmisi bildirib ki, belə qanunsuz hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə mane törədir.

AzNews.az