Trampın vəziyyəti “rusca”dı: Əhalinin 60 faizi ona “yox” dedi!

1 Sentyabr 2018 10:51 (UTC+04:00)

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, Tramp haqqında keçirilmiş anketin təşkilatçıları “The Washington Post” və “ABC News”dur.

Trampın yaxşı prezident olub-olmaması ilə bağlı sorğuda iştirak edənlərin 60%-i “yox”, 36%-i isə “hə” deyib. Bu da o deməkdir ki, ABŞ-ın yarısından çoxu Trampı istəmir.

2016-cı il seçkisinə Rusiyanın müdaxilə etməsi ilə bağlı araşdırmanın başladılmasına da 63% iştirakçı səs verib.
Robert Müllerin istintaqını dəstəkləyənlər 63%, qarşı çıxanlar isə 29% təşkil edib.

Qeyd edək ki, milli səviyyədə təsadüfi olaraq seçilmiş 1003 yetişkin insanın iştirak etdiyinin sorğunun yanlış olma ehtimalı 3,5%-dir.

Nurlan AĞA
AzNews.az