"Nagillar.az saytının bizə heç bir aidiyyatı yoxdur" - AÇIQLAMA

1 Sentyabr 2018 15:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə açıqlamanı Azadinform-a "Kaspi" Mətbuat Yayımın direktoru Süleyman Salmanov verib.

S.Salmanov bildirib ki, onlara da məlum olmayan səbəblərdən nagillar.az saytının qeydiyyat nömrəsində "Kaspi" Mətbuat Yayımın adı keçir: "Biz Yayım Şirkəti olaraq belə bir saytın qeydiyyatı ilə bağlı heç bir quruma müraciət etməmişik. Hazırda araşdırma aparırıq, bizim adımızdan istifadə edən şəxslər barədə qanun çərçivəsində ölçü götürülməsinə çalışacağıq".

AzNews.az