Bakı şəhərinin Yasamal rayonunda mənzildə qadın meyiti tapılıb.
“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Abdinyoviç Mariya Georginskayanın meyitini aidiyyəti üzrə təhvil veriblər.