Kran aşdı, sürücü xəstəxanalıq oldu - Qazaxda

1 Sentyabr 2018 23:59 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, Daş Salahlı kəndindəki zavodların birində baş verən hadisə nəticəsində sürücü Şahvələdov Alı Ərəb oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.