Əfqanıstanda helikopter qəzası: ölənlər var - Yenilənib

2 Sentyabr 2018 12:05 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Şahin" düşərgəsi ərazisində baş verən qəza nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Həlak olanlardan 1-i xarici pilot, 2-si isə Əfqasnıtan hərbçisi olub.

***
10:35

Əfqanıstanın Balx əyalətində hərbi helikopter qəzaya uğrayıb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, xarici şirkətə məxsus olan və Faryab əyalətinə uçan helikopter yerli vaxtla saat 07:30-da "Şahin" düşərgəsi ərazisinə düşüb və alışıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbə texniki nasazlıq olub.

AzNews.az