“Biz heç kimdən icazə almırıq” - Ərdoğan

2 Sentyabr 2018 12:53 (UTC+04:00)

Modern.az “Milliyet”-ə istinadən xəbər verir ki, Ərdoğan ölkəsinin bu sistemləri əldə etməsi üçün heç kimdə icazə istəməməli olduğunu söyləyib:

“Biz Rusiya ilə S-400 müqaviləsini bağlamışıq və bu bəzilərini narahat edir. Üzr istəyirik, amma heç kimdən icazə almırıq” – Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Türkiyə lideri avqustun 31-də Rusiyadan “S-400 sistemlərini ən qısa müddətdə alacaqlarına ümid etdiyini” qeyd edib.

AzNews.az