Son bir ayda 198 nəfər işgəncənin qurbanı olub - Suriyada

3 Sentyabr 2018 08:09 (UTC+04:00)

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatının (SNHR) məruzəsində bildirilir.

Məruzədə qeyd edilir ki, onlardan biri PKK terror qruplaşmasının Suriya qolu olan YPG, iki nəfər naməlum cinayətkarlar tərəfindən qətlə yetirilib. İşgəncəyə məruz qalaraq öldürülənlərdən 194-ü Bəşər Əsədə məxsus qüvvvələrin qurbanı olub. Bundan əlavə, daha bir qadın isə İŞİD terrorçuları tərəfindən öldürülüb.

Suriyada vətəndaşı müharibəsi 2011-ci ildə, hərbçilərin dinc nümayişçilərə atəş açmasından sonra başlayıb.

BMT-nin məlumatına görə, münaqişənin gedişində ümumilikdə 400 min insan həlak olub. 10 milyondan çox sakin evlərini tərk etməyə məcbur olub. Daha 4,8 milyon insan isə ölkənin sərhədlərindən kənarda sığınacaq tapıb.

AzNews.az