Toydakı qanlı davanın təfərrüatı: “Qonaqlara deyib ki, gedin...”

3 Sentyabr 2018 11:15 (UTC+04:00)

Kərkənc kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Xaqani Rüstəmov dilinin bəlasına düşüb: “Xaqani toy sahibinin yaxın qohumudur. Toyda qonaqlardan ikisi mübahisə edib. Bunu görən Xaqani onlara yaxınlaşıb “bu toyda dava sala bilməzsiniz, gedin “razborka”nızı küçədə aparın” deyə, iradını bildirib. Onun bu iradı qonaqları özündən çıxarıb. Tərəflər arasında mübahisə böyüyüb və nəticədə qonaqlardan ikisi Xaqanini möhkəm döyüb. O, bir neçə yerdən xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, Şamaxıda toyda dava düşüb. Kərkənc kənd sakini Xaqani Oktay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az