Xədicə İsmayıl ABŞ-a “müxalifətin lideri” kimi təqdim olundu- “The Washington Post” Əli Kərimlini çıxdaş etdi

3 Sentyabr 2018 14:12 (UTC+04:00)

Əgər xatırlayırsınızsa, həmin görüşdən az sonra AzNews.az saytında “araşdırmaçı jurnalist” Xədicə İsmayılın Almaniya kanslerinin Bakıda qalmayacağı bəlli olduğu halda ona bu barədə sual verməsinə diqqət çəkilmişdi. İndi “The Wahington Post”un sözügedən yazısı bir daha təsdiq edir ki, Xədicənin Almaniya ilə Azərbaycan arasındakı istiləşən münasibətlərə axırına sual işarəsi qoyduğu “donos”larla kölgə salmağa cəhd göstərməsi əbəs yerə deyilmiş.

Bundan başqa, yazıda Xədicə İsmayıl Azərbaycan hakimiyyətinin ən barışmaz müxalifi kimi göstərilir və hətta onun fəaliyyəti elə təsvir olunur ki, sanki müxalifət düşərgəsinin lideri də elə odur. Görünür, Xədicə İsmayılı bu şəkildə tərənnüm etməklə “The Washington Post” ABŞ-ın Azərbaycanda Əli Kərimli, İsa Qəmbər, İlqar Məmmədov kimi siaysətçilərə deyil, yeni dönəmdə Xədicə İsmayıla “müxalifət lideri” kimi dəstək verəcəyinə işarə edir. Xüsusən də siyasi kluarlardan kütləvi informasiya vasitələrinə Xədicə İsmayılın İlqar Məmmədovla ittifaq quraraq Əli Kərimlini bitirmək istəməsi barədə dəfələrlə məlumatlar sızdığını yada salanda, bu işarə heç də təsadüfi təsir bağışlamır.

Onu da qeyd edək ki, Çerli Rid öz məqaləsində Xədicə İsmayılın vaxtılə yayılmış yataq görüntülərindən də bəhs edib. O, yazıb:

“2012-ci ildə saytlarda onun öz oğlan dostu ilə intim münasibətdə olmasını əks etdirən video yayıldı. Adətən, müsəlman qadınlar rəsmi evlilikdən əvvəl bu cür davranışlar sərgilədikləri üçün öldürülürlər. Ailənin kişi üzvləri bu videodan xəbər tutanda, bərk əsəbləşiblər və bıçaqla onu öldürməyə cəhd göstəriblər: “O, bütün kişilərin edəcəyi kimi davranıb məni öldürməyə çalışdı”.

Başa düşmək çətin deyil ki, Xədicə İsmayıl “The Washington Post”-a onu öldürmək istəyən şəxs olaraq öz qardaşından danışıb.

AzNews.az