AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, iki il əvvəl “Borajet”in satışında iştirak etdiyi iddia olunan Lev Aslan Dermen (Levon Termencyan) və amerikalı ortaqları olan Kinqston qardaşları ABŞ büdcəsinə qarşı 511 milyon dollar məbləğində fırıldaqçılıq törətdikdən sonra Türkiyəyə getmək istəyiblər. Lakin onlar Los-Anceles Hava Limanına gedərkən yaxalanıblar.
Qeyd edək ki, təqsirkarların Türkiyədə 950 milyon dollar sərmayələri aşkar edilib. Həmçinin Dermenin 300 milyon, Kinqston qardaşlarının isə 130 milyon avro məbləğində bank hesabına sahib olduqları bildirilir.
Nurlan AĞA
AzNews.az