Azyaşlı quyuya düşdü və...

3 Sentyabr 2018 22:15 (UTC+04:00)

FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuzda 1 nəfər azyaşlı quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını dərinliyi təqribən 4 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzNews.az