İdmançımız birinci oldu

3 Sentyabr 2018 22:23 (UTC+04:00)

AzNews.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin final mərhələsində maneələrin hündürlüyü 140-160 santimetr olan yarışda idmançımız Seyid Musayev “Concorde 57” ləqəbli atla birinci yerin və kubokun sahibi olub.

Digər təmsilçimiz Yahor Morotski isə “Astrello” ləqəbli atla ikinci yeri qazanıb.

Gürcüstan idmançısı Şalva Qaçeçiladze isə üçüncü yerdə qərarlaşıb.

AzNews.az