Trampın sensasion məxfi əmri üzə çıxdı: “Suriyaya girək və Əsədi öldürək!”

5 Sentyabr 2018 10:53 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən yazır ki, “Qorxu: Ağ Evdə Tramp” adlı kitabda ABŞ lideri haqqında bir sıra ittihamlar irəli sürülüb.

Müəllif yazır ki, Trampın beynəlxalq məsələlərlə bağlı bilgisizliyi və etinasızlığı hökuməti də çətin vəziyyətdə qoyur. O, qeyd edib ki, ABŞ-ın Şimali Koreya ilə münasibətlərinin nizamlanması kimi nüanslarda müdafiə naziri Mattisin “bunu III Dünya müharibəsinin olmaması üçün edirik” – deyə, açıqlama verməsinə qarşı olaraq Trampın iclası tərk etməsi “orta məktəb şagirdinin hərəkəti” kimi qəbul olunub.

Kitabda yazılmış hissələrdən zəlzələ təsiri yarada biləcək nöqtə isə Trampın Suriya lideri Bəşər Əsədlə bağlı əmridir. Vudvord yazır ki, Tramp Mattisə zəng edərək “Əsədə sui-qəsd hazırlamaq istəyirəm” deyib. Prezident Əsədin aradan qaldırılması üçün əmr verərək “lənət olsun! Onu öldürək! Suriyaya girək və öldürək!” - deyə, əmr verib.

Jurnalist vurğulayır ki, Trampın yürütdüyü siyasət ölkənin milli təhlükəsizliyi üçün də problem yaradır. Hətta onun ticarət sahəsindəki qatı milliyyətçi mövqeyinin qarşısını almaq üçün Trampın masasının üstündən sənədlər gizlədilib. Belə ki, Ağ Evin baş iqtisadçı məsləhətçisi Geri Kohn Trampın Cənubi Koreya ilə ticarət müqaviləsindən çıxması üçün imzalayacağı məktubu onun stolunun üstündən “oğurlayıb”. Daha sonra Kohn bildirib ki, Tramp heç bunun fərqində də olmayıb.
Kitabda Rusiya məsələsi ilə bağlı faktlar da üzə çıxarılıb. Robert Müllerin araşdırmasında Trampın vəkili olmuş Con Doud ona ifadə verməyi məsləhət görmədiyini deyib. Daha sonra vəkil niyə prezidentin ifadə verməsini istəmədiyini bildirərək, Trampın bir axmaq olduğunun gün üzünə çıxmağını istəmirəm. O, Müllerə deyib ki, Vaşinqtonda heç nə gizli qalmadığı kimi, sən də bunu üzə çıxaracaqsan və hamı deyəcək ki, sənə onun axmaq olduğunu bildirmişdik. Vəkil özü üçün də qorxurdu, çünki özünün yalançı şahidliklə təqsirləndiriləcəyindən şübhələnirdi. O, Trampa “ya ifadə vermək, ya da bu həbsxana forması” deyib. Prezidentin ifadə verməkdən imtina etmədiyini gördükdə isə vəkillikdən istefa edib.

Qeyd edək ki, jurnalistin kitabı güvənli mənbələrə əsaslanır və onun bəzi hissələri “The Washington Post” qəzetində yayımlanıb.

Donald Trampın kitabla bağlı mövqeyi isə bunun yalanlardan ibarət olduğu şəklindədir. O “pis bir kitab daha...” - deyə, münasibət bildirib.

Nurlan AĞA
AzNews.az