Toydakı qanlı davanın sonu: “Biz çatanda dedilər ki, ölüb...”

5 Sentyabr 2018 14:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə rayonun “Qızıl saray” restoranında keçirilən toy mərasimində baş verib. Toya dəvət olunan Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, Zaur Sadıqov xəstəxanaya ölü gətirilib:

“Çağırış edilən kimi hadisə yerinə getdik. Restorana çatanda bizə dedilər ki, yaxınları təcili yardımı gözləməyib, Zaur Sadıqovu şəxsi avtomobil ilə xəstəxanaya apardılar. Biz xəstəxanaya çatanda Zaurun öldüyünü eşitdik”.

Qətli törətmiş Qurban Qurbanzadə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az