Nazirlikdən AzNews.az-a bildirilib ki, görüşlər zamanı nazirliyin nümayəndələri qarşıdan gələn Bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.
Sonra uşaqlara məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bu kimi görüşlər sentyabrın 15-dək davam edəcək.
AzNews.az