AzNews.az “Report”a istinadən xəbər verir ki, saat 13:00-da başlamış məhkəmə iclasına bu saatlarda yekun vurulub.
Məhkəmə prosesi zamanı T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb. İttihamlara şəxsi həyatı əks etdirən materialın əldə olunması, internet və sosial şəbəkələrdə yayılması da əlavə olunub.
Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib.
Müdafiə tərəfi istintaqın başa çatdığını bildirərək, T.Abazovun azadlığa buraxılmasını tələb edib.
Məhkəmə T.Abazovun həbsdə saxlanılması barədə qərar qəbul edib.
AzNews.az