Cənubi Azərbaycanda hər kəs sözü gedən mahnıya oynayıb, videoya çəkir. Azərbaycanda da məşhurlar Cənubi Azərbaycandakı soydaşlarımıza dəstək vermək məqsədi ilə “Səni deyirlər” rəqsinə qoşulur.
Lakin bu trend nədənsə Xədicə İsmayıl kimilərinin kürkünə birə salıb. Əslində, nədən bəllidir: Hacı Talehin bu cür şəxslərə təsirləri hər məqamda üzə çıxır. Budur, “araşdırmaçı jurnalist” öz facebook hesabında “Səni deyirlər” trendini LGBT hərəkatı ilə müqayisə edib və onunla eyni cərgəyə qatıb. İlk baxışdan həmin statusunda Xədicə İsmayıl trendə müsbət münasibət bəsləmiş kimi görsənsə də, onun yuxarıda söz edilən müqayisəsi milli həmrəylik ruhuna həqarət kimi qarşılanmalıdır.
AzNews.az