Hacıqabulda yol tikintisinə 3,8 milyon manat ayrıldı

7 Sentyabr 2018 18:18 (UTC+04:00)

Sərəncamda qeyd edilir ki, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

AzNews.az