Millimiz Kosovo ilə heç-heçə etdi - Yenilənib

7 Sentyabr 2018 22:18 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Bakı Olimpiya stadionunda keçirilən oyun 0-0 hesabı ilə başa çatıb.

Beləliklə, Azərbaycan D liqasının 3-cü qrupunda Kosovo ilə 1 və 2-ci yerləri paylaşır.

***
20:14

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxıb.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə üz-üzə gəlir.

Bakı Olimpiya Stadionunda baş tutacaq oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağıdır.

Komandamız qrupun əsas favoritlərindən biri hesab olunan Kosovo ilə görüşdə qələbə qazanmağa çalışacaq. Əks halda yığmamızın qrup birinciliyi şansları azala bilər.

UEFA Millətlər Liqası

D Liqası
3-cü qrup
7 sentyabr

20:00. Azərbaycan - Kosovo
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland
Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).
Bakı Olimpiya Stadionu.

***

Komandalar meydana aşağıdakı heyətlə çıxır:

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 3. Ürfan Abbasov, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov;

Kosovo: 1. Samir Uykani (k), 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 9. Bersant Selina, 10. Arber Zeneli, 13. Amir Rahmani, 15. Merqim Voyvoda, 18. Vedat Muriçi, 19. Leart Paçarada, 22. Edon Jeqrova.

AzNews.az