Azarkeş milli komandanın formasına görə stadiona buraxılmayıb

8 Sentyabr 2018 16:53 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, 70 yaşlı azarkeşin stadiona girişinə icazə verilməyib. Buna səbəb onun stadiona Fransa millisinin forması ilə girməsi olub.

Xəbərdə bildirilib ki, Monakoda Daxili İşlər Nazirliyinin qanununa əsasən, azarkeşlər belə formalarla stadiona girə bilməzlər. Knyazlıq klubununun azarkeşi oyunun başlamasından 15 dəqiqə sonra stadiona girsə də, üzərinə başqa paltar geyinib.

Qeyd edək ki, "Monako" - "Marsel" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

AzNews.az