Baş həkimin müavini bıçaqlanan aktyordan danışdı: “Həyatı təhlükəsi...”

8 Sentyabr 2018 22:30 (UTC+04:00)

Xəstəxananın baş həkimin müavini Zakir Xanməmmədov AzNews.az-a bildirib ki, 1975-ci il təvəllüdlü Mahir Mirişlinin səhhəti normaldır:
“Mahir yüngül xəsarətlə xəstəxanaya daxil olub. Vəziyyəti yaxşıdır, bir-iki günə evə buraxılacaq. Həyatı təhlükəsi yoxdur”.
Qeyd edək ki, Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Aşağı Cürəli kəndinə toya gedən aktyor Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az