Bu rayonda avtomobil Yevlax sakinini vuraraq xəsarət yetirib

8 Sentyabr 2018 22:54 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndi yaxınlığında qeydə alınıb.

Toy mərasimindən evə qayıdan Yevlax rayon Tanrıqullar kənd sakini Ədalət Allahverdiyevi "VAZ-21011" markalı maşın vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az