“Ölkəmizdəki suriyalılar təcili köçürülməlidir” - Dövlət Baxçalı

8 Sentyabr 2018 23:24 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə MHP lideri Dövlət Baxçalı çıxış edib.

O bildirib ki, Suriyada atəşkəs rejimi bərpa olunmalıdır: “Sərhədlərimizə çəkdiyimiz divarların aşılması, yeni köç axını millət varlığının gələcəyini qaraldacaqdır. Dünənki Tehran zirvəsi əhəmiyyətli və qiymətlidir. Suriyada atəşkəs rejiminin təmin edilməsi demokratik və siyasi keçid dövründə zəruridir. Bu zəruriyyətin təmin edilməsində əlaqəli bütün ölkələr tarix və insanlıq qarşısında məsuliyyət daşıyırlar".

AzNews.az