Qeyd edilir ki, iyulun ortalarında Azərbaycandan olan 33 yaşlı qadın polisə müraciət edib.
Qadın bildirib ki, 22 yaşlı həmyerlisi onun 15 yaşlı qızını aldadaraq münasibətdə olub.
İnsidentlər Vitebsk rayonunda kirayə tutulmuş mənzildə 2017-ci ilin sentyabrın 1-dən oktyabrın 15-ə qədər davam edib.
Rusiya İstintaq Komitəsi “yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq” maddəsi ilə gənc oğlana qarşı cinayət işi açıb.
2018-ci lin sentyabrın 7-də o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.(Oxu.az)