Kütləvi həbslər başladı 38 şəhər üzrə 1018 nəfər

10 Sentyabr 2018 11:26 (UTC+04:00)

AzNews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “OVD-İnfo” saytı yayıb. Sayt bu qədər şəxsin 38 şəhərdə keçirilən aksiyalar zamanı yaxalandığını bildirib. Ən çox həbs Sankt-Peterburq və Yekaterinburq şəhərlərində qeydə alınıb. Belə ki, Sankt-Peterburqda 452 nəfər, Yekaterinburqda isə 183 nəfər saxlanılıb.

Qeyd edək ki, dünən Rusiyanın əksər şəhərlərində Aleksey Navalnının çağırışı əsasında təqaüd reformlarının əleyhinə genişmiqyaslı aksiyalar keçirilib.

AzNews.az