7 min il tarixi olan pendir tapıldı

10 Sentyabr 2018 11:36 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Pokrovnik kəndindəki qazanlarda tapılmış yağ asitləri pendir qalığı ola bilər və bu da pendirin tarixini 7 min il əvvələ aparır.

Bu kəşf nəticəsində alimlər iddia edirlər ki, pendir istehsalı tunc dövründən də əvvəl – neolitdə mövcud olub.

Qeyd edək ki, bu yaxınlarda Misirdən tapılmış pendir qalıqlarının 3200 yaşı olduğu bildirilmişdi.

Nurlan AĞA
AzNews.az