AzNews.az “Euronews”a istinadən xəbər verir ki, AŞ Türkiyə qanunvericiliyindəki son düzəlişlərin İHAK-a uyğunluğuna nəzarət etmək üçün birlikdə hərəkət edə biləcəklərini qeyd edib.
Türkiyədə iki ildir davam etmiş fövqəladə vəziyyətin aradan qaldırılmasını müsbət mənada qiymətləndirmiş AŞ sözçüsü Daniel Höltgen, ölkənin İHAK-ın fövqəladə hallarda öhdəliklərdən geri çəkilmə ilə bağlı 15-ci maddəsinin istifadəsindən də imtina etməsini diqqətə çatdırıb.
Höltgen Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ədliyyə naziri Əbdülhəmid Gülün Türkiyənin AŞ ilə yaxın əlaqələri, məhkəmə və təbii hüquq sahələrində islahatların davamlılığını təmin etmələrindən məmnunluğunu bildirib.
Nurlan AĞA
AzNews.az