"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Jiquli" markalı avtomobilin yolun kənarındakı dirəyə çırpılması nəticəsində 1978-ci il təvəllüdlü Məmmədova Ülviyyə Səmidxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az