AzNews.az uğurlu evliliyin 5 yolunu təqdim edir.
Günahlandırmaq və mühakimə etmək
Bu xüsusiyyətlər yetişkin insana xas olan xüsusiyyətlər deyil. Əgər ortada bir problem varsa, qarşı tərəfi günahlandırmaq əvəzinə, çarə tapmağa çalışın. Xoşbəxt evlilik üçün əsas şərt iki tərəfin də yetişkin düşüncədə olmasıdır. Əgər tərəflərdən biri uşaq düşüncəsindədirsə, kiçik bir problemə çarə tapmaq əvəzinə, bunu daha da böyük problemə çevirəcək.
Yoldaşınıza icazə verin
Evlilikdən sonra edilən ən böyük səhvlərdən biri də tərəflərin fərdiliyini itirməsidir. Bəli, evlilikdə “biz” olmaq çox önəmlidir. Amma münasibətin həyəcanını itirmək üçün iki tərəf də fərdiliyini qorumalıdır. Özünüz kimi olduğunuz və qarşı tərəfin də özü kimi olduğu münasibətlər qurmalısınız.
Yoldaşınıza zaman verin
Cütlüklərin bir-biri ilə əyləncəli vaxt keçirməsi münasibətin əvəzolunmazıdır. Amma zaman-zaman iki tərəf bir birindən ayrı gəzməyə getməli, sosiallaşmalıdır. Bu, münasibətin uzun sürməsinə, iki tərəfin bir-birindən bezməməsinə səbəb olar. Buna görə də yoldaşınıza özünə vaxt ayırmağa və bəzən tək qalmasına icazə verin.
Yoldaşınıza qayğı göstərin
Bəlkə də cütlüklərin birlikdə keyfiyyətli vaxt keçirməsi üçün əsas şərt budur. Cütlüklər birlikdə çox vaxt keçirə bilər, amma bu vaxt hər zaman keyfiyyətli olmaya bilər. Keyfiyyətli zaman cütlüklərin bir-birini sevdiklərini göstərdikləri, bir-birinə qayğı göstərdiyi zamandır.
Yoldaşınızın dilini öyrənin
Qadınlar və kişilər fərqli dillərdə danışırlar. Qadınlar bir şeyi dolayısıyla başa salar, kişilər isə məsələ nədirsə, birdəfəlik deyər. Qadınların istifadə etdiyi dil daha çətin olduğu halda, kişilərdə bu dil çox sadədir. Qadınlar dedikləri sözləri daha çox eyhamla dediyi üçün kişinin sözlərində də bir eyham axtarır. Buna görə də bəzən problemlər ortaya çıxa bilər. Bu problemləri yaşamamaq üçün iki tərəf də bir-birinin dilini öyrənməlidir.
Nigar CƏFƏR
AzNews.az