“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Sara Sanders deyib.
"Birləşmiş Ştatlar ABŞ-ın dövlət obyektlərinin ziyan çəkməsi və ya personalının yaralanması ilə nəticələnə biləcək hər hansı bir hücuma görə, Tehrandakı rejimi məsuliyyətə cəlb edəcək. ABŞ amerikalıların həyatını müdafiə etmək üçün sərt və qətiyyətli addım atacaq", - deyə Sara Sanders bildirib.
Onun bəyanatına görə, ABŞ-ın Bəsrədəki konsulluğuna və Bağdaddakı Amerika səfirliyinə qarşı hücumlara görə, İranın "əlaltıları" məsuliyyət daşıyır.
"İran İraqda maliyyə, təlimlər və silah ilə dəstəklədiyi əlaltılarının bu hücumlarının qarşısını kəsmədi", - deyə Sanders əlavə edib
AzNews.az