Bunları bilmək maraqlıdır

12 Sentyabr 2018 11:36 (UTC+04:00)

Saat icad edilməmişdən əvvəl müəyyən bir vaxt ərzində yanmaya hazırlanmış şam saatları var idi. Zəng qurmaq lazım olduğu zaman şama iki tərəfdən mıx keçirilir, şam o səviyyəyə qədər yanır və mıxlar bir-birinə dəyərək səs çıxarırdı.

Əgər ədviyyatlı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, o sizin hərarətinizi azaldacaq.

Almaniyada bir çox qocalar evinin önündə yaşlı vətəndaşların qaçıb getməsinin qarşısını almaq üçün saxta dayanacaqlar var.

Dalğıcların üzərindəki su qırmızı və sarı işığı filtirləyərək hər şeyin mavi tonda olmasını təmin edir. Süni bir işıq qaynağıyla dalmaq isə su altının gerçək rənglərini görmənizi təmin edə bilər .

Bütün qütb ayıları solaxay olur.

Fillər bellərindəki dəri qırışıqlıqlarını ağcaqanadları öldürmək üçün istifadə edirlər.

Bir qaba çoxlu fıstıq yığsanız,bir müddət sonra özü partlayacaqdır.

Rusiyanın gəlirinin 10%-i “Vodka” satışlarının payına düşür.

Çində uşaqlar anadan olduğu andan 1 yaşında sayılırlar.

Arıların başlarında 3 kiçik, ön tərəfdə isə 2 böyük göz olmaqla, 5 gözləri var.

Sinqapurda sakkız çeynəmək və ya saxlamaq qadağandır.

Zürafə dili ilə qulağını təmizləyə bilir.

Kenquru sürüsü ingiliscə “mob”, yəni “şəbəkə” adlandırılır.

Bir ilbiz 1 millik yolu 115 günə gedə bilər.

Bir amerikan dolları bankotunun ortalama ömrü 18 aydır.

Tək yumurta əkizi olan iki qadın, tək yumurta əkizi olan iki kişi ilə evlənsə onların uşaqları genetik olaraq qardaş olur.

Çilidəki Atacama çölünə bu günə qədər yağış yağmayıb.

Bir qurtum dəniz suyunda milyonlarla bakteriya, yüz minlərlə bitki mənşəli plankton və on minlərlə heyvan planktonları mövcuddur.

Pişiklər şirin şeylərin dadını bilmirlər.