Azərbaycan Qazaxıstandan ildə təqribən 600 min ton taxıl idxal edir - Dəyirmançılar İttifaqının açıqlaması

13 Sentyabr 2018 09:50 (UTC+04:00)

AzNews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli "Xabar-24" telekanalının efirə gedən məlumatında deyilir.

"Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır. Onların aldığı məhsulun həcmi təxminən 600 min ton təşkil edir. Əlbəttə, Orta Asiya, yəni Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan tərəfindən tələbat daima var və hətta artmaqdadır. Qiymət konyukturu Qara dənizə çıxmaq imkanı verir", – deyə Dəyirmançılar İttifaqının idarə heyətinin üzvü Mukan Abdiyev bildirib.

Məlumatda qeyd olunur ki, Kurık limanından keçəcək yeni marşrut Azərbaycan və Gürcüstana taxıl ixracını 10 min tona çatdırmaq imkanı verəcək.

AzNews.az